Təhsil naziri təhsildə fərqlənən məzunlarla görüşüb
İyunun 14-də təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə təhsildə müvəffəqiyyətləri ilə fərqlənən məzunlarla görüşüb.
Tədbirdə Respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların qalibləri iştirak edib.
Təhsil naziri Ceyhun Bayramov məzunları təhsillərini uğurla başa vurmaları münasibətilə təbrik edib və onlara yeni-yeni nailiyyətlər arzulayıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdıran nazir başa çatan tədris ilinin uğurlarla yadda qaldığını deyib. Nazir qeyd edib ki, ötən tədris ilində təhsilin bütün pillələrində - məktəbəqədər təhsildən başlayaraq ali təhsil pilləsinədək müsbət dinamika müşahidə olunub.
Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və müvafiq sahədə böyük nailiyyətlərin əldə olunduğunu vurğulayan Ceyhun Bayramov bildirib ki, bu mötəbər yarışlara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlanılması şagirdləri müvəffəqiyyətlə çıxış etməyə ruhlandırır. Belə ki, fənn olimpiadalarında hər il iştirakçı sayının artdığı müşahidə olunur. Bu il bilik yarışlarına 33 mindən çox şagird qatılıb.
Ceyhun Bayramov məzunların növbəti təhsil pilləsində də uğur qazanacaqlarına və əldə etdikləri təcrübənin gələcəkdə daha böyük nailiyyətlər üçün onlara imkanlar yaradacağına əminliyini ifadə edib.
Görüşdə məzunlara ümumi təhsili yüksək nailiyyətlərlə başa vurduqlarına görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” təqdim edilib.
Sonda xatirə fotoşəkli çəkilib.
5 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55