İKT üzrə təlimlər keçirilir
Təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması sahəsində görülən işlərin davamı olaraq, cari tədris ilində 3020 nəfər pedaqoji və inzibati-idarəetmə heyəti üçün təlimlər keçirilib. İlin sonuna qədər bu rəqəmin 3690-a çatdırılması nəzərdə tutulur.
Təlimlər əsasən, İKT üzrə savadlılığın artırılması, tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan, interaktiv lövhələrdən istifadə, müasir tədris strategiyaları və layihə metodikasının istifadəsi istiqamətləri üzrə keçirilib.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən hər il təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə heyəti üçün informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə təlimlər keçirilir.
2014-2017-ci illər ərzində Bakı şəhəri üzrə 12 345 nəfər, 34 rayon üzrə isə ümumilikdə 7448 nəfər pedaqoji və inzibati-idarəetmə heyəti üçün İKT və fənlər üzrə müxtəlif məzmunlu təlimlər keçirilib. Yerli və beynəlxalq standartları əhatə edən təlim proqramları pedaqoji və inzibati-idarəetmə heyətinin nəzəri və praktik bacarıqlarının artmasına, informasiya texnologiyalarının tədris prosesində tətbiqi üzrə vərdişlərin formalaşmasına müsbət təsir edib.
5 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55