• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mühəndislik və robototexnika yarışı ilə bağlı mətbuat konfransı

Mayın 11-də Təhsil Nazirliyində məktəblilər arasında “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışına həsr olunan mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Təhsil Nazirliyinin sektor müdiri Ayla Həsənova bildirib ki, Danimarkanın “LEGO” qrupu və ABŞ-ın “FIRST” (For Inspiration and Recognition of Science and Technology) təşkilatının ortaq layihəsi olan FLL 1999-cu ildən bəri hər il təşkil edilən yarışdır. Yarışın keçirilməsinin məqsədi ümumtəhsil məktəb şagirdlərinin elm və texnologiyalara marağını artırmaq, hazırkı qlobal problemlərin elmi-texniki həllinə öz töhfələrini verməyə həvəsləndirməkdir.

Dünyanın 80-dən artıq ölkəsində 250 mindən çox məktəblinin cəlb edilməsi ilə keçirilən FLL bu il Azərbaycanda da təşkil olunacaq.

Konfransda çıxış edən “ADA” Universiteti informasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı vəzifəsini icra edən Araz Yusubov, “Mars Academy” MMC-nin direktoru Şeyda Allahverdiyeva “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışının əhəmiyyətindən bəhs ediblər.

Qeyd olunub ki, builki yarışın mövzusu “Hidrodinamika: suyun səyahəti”dir. FLL çərçivəsində hər komandada dörd məktəbli olmaqla 12 komanda dörd kateqoriya - əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı üzrə gücünü sınayacaq.

Təhsil Nazirliyi“ADA” Universiteti və “Mars Academy” MMC-nin birgə təşkilatçılığı  ilə mayın 12-də “ADA” Universitetində keçiriləcək bu yarışların yekununda iştirakçılar medal və sertifikatlar, müxtəlif kateqoriyalar üzrə qalib komandalar kuboklarla mükafatlandırılacaqlar. Çempion olan məktəb komandası isə iyunun 6-dan 8-dək Estoniyanın paytaxtı Tallinndə keçiriləcək Açıq Beynəlxalq Turnirdə iştirak edəcək.


5 il əvvəl