• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Velosiped idman növünə həsr olunmuş yarışlar davam edir

Velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinin Bakı şəhərinin Nərimanov, Nəsimi, Səbail və Qaradağ rayonları üzrə rayondaxili mərhələsi başa çatıb.

Yarışlara Nərimanov rayonu üzrə 21 məktəbdən 130, Nəsimi rayonu üzrə 19 məktəbdən 120, Səbail rayonu üzrə 14 məktəbdən 90, Qaradağ rayonu üzrə 22 məktəbdən 140 nəfər şagird qatılıb.

Yarışın nəticələrinə əsasən rayonlar üzrə I, II, III yeri tutan məktəblərin komandaları kubok və diplomlarla təltif edilib.

Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd velosiped idman növünü məktəblilər arasında təbliğ etmək, onların idmana olan  marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.

Yarışlar Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, İsmayıllı, Zaqatala rayonları əhatə olunmaqla Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

İyunun 2-dək davam edəcək kütləvi idman tədbirlərinə 4 mindən çox məktəblinin qatılacağı gözlənilir.


6 il əvvəl