• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb

Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb.

Qeyd edək ki, fevralın 14-də dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edilib.

Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası və fərdi kateqoriya üzrə ümumilikdə 900-ə yaxın layihə təklifi qəbul edilib. Layihə təklifləri ilkin olaraq texniki ekspertizadan keçiriləcək. Müsabiqə meyarlarına və kriteriyalarına uyğun gələn təkliflər Ekspert Qrupu tərəfindən qiymətləndiriləcək. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında dəstəklənməsi məqsədəuyğun sayılan layihə rəhbərlərinin adlarını cari ilin aprel ayının sonunda Təhsil Nazirliyinin veb saytı vasitəsi ilə elan edəcək.

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Müsabiqə müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması, istedadlı uşaqlarla işin təşkili və ümumilikdə 9 mövzu üzrə keçirilib.


6 il əvvəl