• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Məktəbli Debat Forumu: Payız 2017”

“Məktəbli Debat Forumu: Payız 2017”-nin final oyunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Təhsil Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) birgə təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirilən müsabiqənin final mərhələsində 8 məktəbdən 16 komanda iştirak edib.  

Məktəbli debatçılar “Ətraf mühitin qorunması iqtisadiyyatın inkişafını məhdudlaşdırır” mövzusunda araşdırmalar aparmaqla gərgin təlim və məşq prosesinin ardından müxtəlif biliklərə yiyələnərək debatlar aparıblar. Eyni zamanda mövzu ətrafında gənclərimə ekspert görüşləri təşkil olunub.

“Məktəbli Debat Forumu: Payız 2017”-nin finalına vəsiqə qazanmış “Zəngi” liseyinin “Star” və T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin “QUVİU” komandaları final mərhələsində görüşüb. Final oyunun nəticəsində 6 nömrəli məktəb-liseyin komandası “Məktəbli Debat Forumu: Payız 2017”-nin kubokunu qazanıb. Forumun 3 ən yaxşı natiqi də müəyyən olunub. Belə ki, “1-ci ən yaxşı natiq”  Bakı Avropa Liseyinin şagirdi Hikmət Məmmədli, “2-ci ən yaxşı natiq” Elitar Gimnaziyanın şagirdi Səlvinaz Hətəmova və “3-cü ən yaxşı natiq” Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin şagirdi Şəfəq Abdullayeva seçilib.

Yekunda qalib və finalçı komandalar, ən yaxşı natiqlər, məşqçi və hakimlər mükafatlandırılıblar.


6 il əvvəl