• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Mikayıl Cabbarov “Clarivate Analytics” şirkətinin nümayəndə heyəti ilə görüşüb

Oktyabrın 20-də təhsil naziri Mikayıl Cabbarov “Clarivate Analytics” şirkətinin nümayəndə heyəti ilə görüşüb.

Görüşdə şirkətin inkişaf etməkdə olan bazarlar üzrə qlobal direktoru Vici Krışnan, təhsil proqramları üzrə direktoru Valentin Boqorov və Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə iştirak edib.

Görüş zamanı Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2015-ci ilin dekabrında ali təhsil müəssisələrinin dünyanın aparıcı elmi platforması olan “Thomson Reuters”in  “Web of Science” bazasına çıxışı ilə əlaqədar bağlanmış müqavilənin icrası üzrə hazırkı vəziyyət, əldə olunmuş nailiyyətlər, mövcud çağırışlar və gələcək perspektivlər müzakirə olunub.

Görüşdə Azərbaycan alimlərinin dünya akademik mühitinə inteqrasiyasının gücləndirilməsi, yüksək reytinqə malik olan nəşrlərdə dərc olunan elmi məqalələrin sayının və keyfiyyətinin artırılması, Azərbaycan elminin dünya səviyyəsində mövqeyinin möhkəmləndirilməsi istiqamətində işlərin sürətləndirilməsinin əsas strateji hədəf kimi qoyulduğu, hədəflərə çatmaqda Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında strateji əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.


6 il əvvəl