• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil müəssisələrində “Bilik günü” tədbiri

Sentyabrın 15-də Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində “Bilik günü” münasibəti ilə tədbir keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov iştirak edib.

Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan Firudin Qurbanov yeni tədris ilinin başlanması münasibətilə mərkəzin kollektivini təbrik edib, onlara uğurlar arzulayıb. Ölkəmizdə peşə təhsilinin prioritet sahələrdən biri olduğunu nəzərə çatdıran nazir müavini qeyd edib ki, son illər bu sahədə bir çox uğurlu layihələr həyata keçirilib. Bildirilib ki, görülən işlərin, həyata keçirilən layihələrin nəticəsidir ki, peşə təhsili müəssisələrində təhsil almaq istəyənlərin sayı xeyli artıb. Peşə seçiminin əhəmiyyətini vurğulayan nazir müavini şagirdlərə dövlətimizin onlar üçün yaratdığı şəraitdən maksimum istifadə etməyi, seçdikləri peşənin ən yaxşı mütəxəssisi olmağı tövsiyə edib.

Tədbirdə çıxış edən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Pərviz Həmzəyev mərkəz haqqında iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, bu il “Asan peşə” layihəsi çərçivəsində mərkəzə 23 ixtisas üzrə 500-dən çox şagird qəbul olunub.  

Sonra təhsil nazirinin müavini Firudin Qurbanov mərkəzdə yaradılan şəraitlə tanış olub, şagirdlərlə söhbət edib.

 

* * *

 

Kimya-biologiya təmayüllü Respublika liseyində  “Bilik günü”  münasibəti ilə tədbir keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri  Emin Əmrullayev, Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Babək Əliyev iştirak ediblər.

Təhsil nazirinin müavini Ceyhun Bayramov tədbir iştirakçılarını yeni dərs ili münasibəti ilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən nazir müavini təhsilin inkişafı istiqamətində görülən işlərin müsbət nəticələrindən danışıb. Ceyhun Bayramov şagirdlərin respublika fənn olimpiadalarında, eləcə də dünyanın müxtəlif ölkələrində keçirilən bilik yarışlarında  qazandıqları nailiyyətləri diqqətə çatdırıb.

Liseyin direktoru Kamran Rəhimov rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, ötən tədris ilində  liseyin məzunlarının 87  faizi ali məktəblərə qəbul olunaraq tələbə adını qazanıb. Həmin məzunların 8 nəfəri 600-dən yuxarı bal toplayıb.

Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Babək Əliyev son illərdə məktəblərin əsaslı təmiri və yenidən qurulması, onların  maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Valideynlər adından çıxış edən Vidadi Mehralıyev müəllim və şagirdləri təbrik edib, övladının tələbə adını qazanmasında liseyin müəllim kollektivinin əməyinin olduğunu xüsusi vurğulayıb.

 

* * *

 

Abşeron rayonunun Saray qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə  də 15 sentyabr - "Bilik günü" qeyd olunub. Tədbirdə təhsil nazirinin müavini Mətin Eynullayev, Abşeron Rayon İcra Hakimiyyətinin başcısı İradə Gülməmmədova iştirak edib.

Təhsil nazirinin müavini Mətin Eynullayev mərasim iştirakçılarını salamlayaraq bu günün ölkəmizin hər yerində böyük təntənə ilə qeyd olunduğunu söyləyib. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində görülən işlərı diqqətə çatdıran nazir müavini son illərdə Heydər  Əliyev Fondunun dəstəyi əsasında müasir  tələblərə  cavab verən   yeni məktəb  binalarının inşa  və  ya təmir olunaraq  istifadəyə verildiyini, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirildiyini bildirib. “Bilik  günü” münasibəti  ilə  şagirdləri və pedaqoji kollektivi təbrik edən nazir müavini onlara yeni təhsil ilində uğurlar arzulayıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başcısı İradə Gülməmmədova yeni dərs ilinin başlanılması ilə əlaqədar pedaqoji ictimaiyyəti təbrik edib.

Müəllimlik peşəsinə həsr olunmuş şeirlər səsləndirildikdən sonra şagirdlər sinif otaqlarına daxil olublar. 

Təhsil nazirinin müavini Mətin Eynullayev və  Abşeron Rayon İcra Hakimiyyətinin başcısı İradə Gülməmmədova məktəblə tanış olublar.


6 il əvvəl