Məktəblilər üçün ekskursiya
Paytaxt məktəblilərinin Miniatür Kitab Muzeyinə ekskursiyası təşkil edilib.
Ekskursiyada “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi”nə qatılan şagirdlər iştirak edib.
Ekskursiya zamanı məktəblilərə muzey haqqında ətraflı məlumat verilib, şagirdlər eksponatlarla tanış olublar.
Qeyd edək ki, avqust ayından VII-VIII sinif şagirdləri üçün “Yay məktəbi”nə start verilib. Avqustun 31-dək davam edəcək “Yay məktəbi”nin II mərhələsi 400-dən artıq şagird üçün təşkil olunub. Hazırda məktəblilər üçün təlim, seminar, informativ sessiya, əyləncəli oyun və idman yarışları keçirilir.
“Yay məktəbi”nə iyulun 3-dən 31-dək V-VI sinif şagirdləri qatılıb. Sonda fəal şagirdlərə sertifikatlar təqdim edilib.
“Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır.
“Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.
6 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55