Məktəblilərimiz beynəlxalq olimpiadada medal qazanıb
16-24 iyulda İndoneziyanın Yogyakarta şəhərində məktəblilərin 48-ci Beynəlxalq Fizika Olimpiadası keçirilib. 87 ölkədən 424 məktəblinin qatıldığı olimpiadada şagirdlərimiz də iştirak edib.
4 nəfərdən ibarət komandamız üzvləri nəzəri və praktiki mərhələrdə öz bilik və bacarıqlarını nümayiş etdirərək, 1 bürünc, 2 həvəsləndirici mükafata layiq görülüblər.
Gəncə şəhər 26 nömrəli orta məktəb- lisey kompleksinin eksperimental pilot siniflərinin şagirdi Fərhad Abdullayev bürünc medal, Mingəçevir şəhəri R.Muradov adına Texniki-humanitar liseyin eksperimental pilot siniflərinin şagirdi Emil Əlizadə və Quba şəhəri Texniki təmayüllü liseyin eksperimental pilot siniflərinin şagirdi Səbuhi Mikayılov həvəsləndirici mükafat qazanıblar.
Şagirdlər il ərzində Təhsil Naziliyi tərəfindən təşkil olunmuş olimpiadalara hazırlıq mərkəzlərində beynəlxalq olimpiadalara müntəzəm və planlı şəkildə hazırlaşırlar. Beynəlxalq fənn olimpiadalarında sistematik hazırlıq işlərinin görülməsi məqsədilə Bakı şəhərində yaradılmış olimpiada mərkəzlərində yerli və əncəbi mütəxəssislərin köməyi ilə hazırlıq prosesi həyata keçirilir.
7 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin açılış mərasimi keçirilib
12.03.2025 - 14:00 -
Nazir müavini “Yaradıcı Azərbaycan” mövzusunda keçirilmiş tədbirdə iştirak edib
10.03.2025 - 17:30 -
Nazir müavini Həsən Həsənli Astarada olub
08.03.2025 - 11:00 -
Nazir müavini Firudin Qurbanov Ağalı və Cəbrayılda tədris prosesi ilə tanış olub
07.03.2025 - 18:30 -
Nazirliyin bir qrup əməkdaşı təltif edilib
07.03.2025 - 17:39