• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bülbül adına orta ixtisas musiqi məktəbində muğam ustaları Əlibaba Məmmədovun 80, Ağaxan Abdullayevin isə 60 illik yubileyləri münasibətilə tədbir keçirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Milli Məclisin komissiya sədri, professor Ziyad Səmədzadə, respublikanın görkəmli ziyalıları, muğam ustadları, xalq artistləri, bəstəkarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Nigar Əskərova açaraq qonaqları salamladıqdan sonra sözü akademik Vasim Məmmədəliyevə verib.
Akademik hər iki sənətkarın yaradıcılıq məziyyətləri barədə söz açaraq bildirib ki, böyük bir dühanın adını daşıyan bu məktəbdə çox mahir musiqiçilər, bəstəkar, xanəndələr yetişib. Hər iki yubliyarın Azərbaycanın muğam sənətinin inkişafı, xalq musiqisinin zənginləşməsi, muğamın tədrisi sahəsində misilsiz xidmətlər göstərdiyini vurğulayan Vasim Məmmədəliyev onlarin əməyinin dövlət rəhbərliyi tərəfindən də yüksək qiymətləndirildiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə xalq artisti Əlibaba Məmmədovun «İstiqlal», Ağaxan Abdullayevin isə «Şöhrət» ordenləri ilə təltif edilməsini musiqi sənətinə, Azərbaycan muğam ifaçılığına verilən mükafat kimi səciyyələndirib. Muğamlarımızın artıq beynəlxalq status qazandığını söyləyən akademik bu işdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın böyük zəhmət çəkdiyini, onun təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin inşa olunduğunu, muğamlarımızın YUNESKO-nun qeyri-maddi mədəni irsi kimi qəbul edildiyini nəzərə çatdırıb.
İlk öncə qonaqları salamlayan təhsil naziri Misir Mərdanov bu tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib. Nazir qeyd edib ki, yubileyləri qeyd olunan Əlibaba Məmmədov və Ağaxan Abdullayev müəllim kimi də olduqca uğurla fəaliyyət göstərirlər. Odur ki, onların həm yaxşı sənətkar, həm də professional müəllim kimi sevildiklərini vurğulayan Misir Mərdanov Azərbaycanda, Şərqdə və müsəlman aləmində tanınan ustad xanəndələrimizin yüksək insani keyfiyyətlərindən söz açıb.
Daha sonra xalq artisti Əlibaba Məmmədovu 30 ildən çoxdur ki, tanıdığını bildirən nazir qeyd edib ki, görkəmli sənətkarla bu gün də sıx əlaqə saxlayır, onu daim izləyir. Azərbaycanda insanların əməyinin vaxtında dəyərləndirilməsi və layiqincə qiymətləndirilməsi ənənəsinin formalaşmasının rəğbvətlə qarşılaqndığını bidirən təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyev tərəfindan hər iki sənətkarın təltif olunmasını bütövlükdə Azərbaycan musiqisinə verilən qiymət kimi qəbul edildiyini bildirib.
Çıxışının sonunda nazir hər iki yubilyarı ürəkdən təbrik edərək onlara hədiyyələr təqdim edib.
Tədbirdə bəstəkar Azər Rzayev, xalq artisti Arif Babayev, əməkdar incəsənət xadimi Arif Qazıyev, Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecinin direktoru, professor  Nazim Kazımov, millət vəkili Ziyad Səmədzadə, «Xəzər» Universitetinin rektoru, professor Hamlet İsaxanlı, BDU-nun müəllimi Əsmətxanım Məmmədova və başqaları çıxış edərək yubilyar haqqında ürək sözlərini söyləyiblər.
Sonda gənc muğam ifaçılarının çıxışları məclisi daha da rövnəqləndirib.


8 il əvvəl