Təhsil Nazirliyində təltifolunma mərasimi
İyulun 13-də Təhsil Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə göstərən idman məktəblərinin yetirmələrinin, Oyunların keçirilməsində fəal iştirak edən təhsil müəssisələrinin əməkdaşları və könüllülərinin təltif olunması mərasimi keçirilib.
Görüş iştirakçılarını təbrik edən təhsil naziri Mikayıl Cabbarov IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmizin həyatında əlamətdar hadisə olduğunu bildirib, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil edilməsində 11 mindən çox tələbə-könüllünün xüsusi rolu olduğunu diqqətə çatdırıb.
IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən könüllülərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Oyunların Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyeva tərəfindən yüksək qiymət verildiyini diqqətə çatdıran təhsil naziri oyunların bağlanış mərasimində Birinci Vitse-prezidentin könüllülərə təşəkkür nitqini xatırladıb.
Mikayıl Cabbarov İslam Oyunlarının qalibləri arasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər, idman məktəblərinin 18 nəfər idmançısının yer aldığını, 4 qızıl və 4 bürünc olmaqla, ümumilikdə 8 medal qazanıldığını vurğulayıb.
Təhsil Nazirliyi tərəfindən IV İslam Həmrəyliyi Oyunlarının təbliği ilə bağlı bir sıra kütləvi idman tədbirlərinin keçirildiyini diqqətə çatdıran təhsil naziri bu işlərin görülməsində nazirlik əməkdaşlarının fəal iştirak etdiyini bildirib.
Daha sonra İslam Oyunlarında yüksək nəticə göstərən idman məktəblərinin yetirmələri, Oyunların keçirilməsində fəal iştirak edən əməkdaşlar, könüllülər və idmançılar təltif olunublar.
6 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55