16.06.2017

Təhsil naziri Corc Vaşinqton Universitetinin Təhsil fakültəsinin dekanı ilə görüşüb

İyunun 16-da təhsil naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Corc Vaşinqton Universitetinin Təhsil fakültəsinin dekanı, təhsil siyasəti üzrə professor Maykl Föyer ilə görüşüb.

Görüşdə tərəflər 13-16 iyun 2017-ci il tarixlərində Bakıda keçirilmiş “Beynəlxalq Təhsil Həftəsi” ilə bağlı təəssüratlarını bölüşüblər.

Eyni zamanda, görüşdə səfər çərçivəsində Maykl Föyer tərəfindən bir sıra məktəblərə edilmiş ziyarətlərlə bağlı fikir mübadiləsi aparılıb, təhsil sahəsində birgə tədqiqatların və layihələrin həyata keçirilməsi müzakirə edilib.


Açar sözlər: ,