“Ağ Top” Şahmat Klubunun yetirməsindən yeni rekord
Azərbaycan şahmat tarixində 5 yaşlı uşaq yeni rekord təyin edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 236 nömrəli məktəbin məktəbəhazırlıq qrupunda məşğələlərə cəlb olunan Paşam Əlizadə birinci dərəcə normasını yığıb.
Paşam Əlizadə 17 yaşadək olan oğlanlar və qızlar arasında şahmat idman növü üzrə birinci dərəcə norması uğrunda təşkil edilən yarışda keçirdiyi 9 oyunda 7 xal toplayıb.
“Ağ Top” Şahmat Klubunun yetirməsi olan Paşam Əlizadə diplom və mükafatla təltif edilib.
Bundan əvvəl Azərbaycanda şahmat idman növü üzrə birinci dərəcə norması 6 yaşlı uşaq tərəfindən yerinə yetirilib.
6 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55