IV İslam Oyunlarının könüllüləri
Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları davam edir. Azərbaycanın tələbə könüllüləri də bu mötəbər yarışda yaxından iştirak edirlər. “Bakı 2017”-nin Təşkilat Komitəsinin dəstəyi ilə müxtəlif təlimlərə cəlb edilən könüllülər tamaşaçıların yerləşdirilməsi, xarici və yerli idmançıların, eləcə də media nümayəndələrinin qəbul olunması kimi müxtəlif fəaliyyətləri icra edirlər. İslam Oyunları Əməliyyat Komitəsinə 11000 nəfər könüllü cəlb olunub.
Könüllülərin təəssüratlarını təqdim edirik:
Şirvan Xalıqov - Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi “İki gündür ki, iş rejimi başlayıb. Oyunlar başlamazdan bir ay əvvəl işçi heyət tərəfindən təlimlər və seminarlarda iş rejimi və məkan haqqında məlumatlandırılmışıq. İslam Oyunlarında könüllülüyün ən sevdiyim üstün cəhəti burada yeni tanışlar və dostlar qazanmaq, dil biliklərimizi təkmilləşdirmək, maraqlı anlar yaşamaqdır”.
|
|
“Artıq dörd gündür ki, arenadayıq. Müxtəlif universitetlərdən olan tələbə könüllülərlə tamaşaçıların qarşılanması, onların zalda yerləşdirilməsi üzrə xidmət göstəririk. Menecer, qrup rəhbərlərimiz bizdən yaşca xeyli böyük olsalar da, bizə həddindən artıq mehriban və dostcasına yanaşırlar”. |
|
“Fəaliyyətimiz kənardan sadə görünməsinə baxmayaraq, məsuliyyət və dəqiqlik tələb edir. Mən cüdo yarışlarını izləmək üçün Heydər Əliyev adına İdman Arenasına gələn tamaşaçıların tribunada yerləşdirilməsinə köməklik göstərirəm. Fərqli ölkələrdən olan tamaşaçılarla ingilis dilində ünsiyyət qururuq”. |
|
“Könüllü olmaq kollektivdə işləmək bacarıqlarımıza və asanlıqla ünsiyyət qurma keyfiyyətlərimizə müsbət təsir göstərir. Yeni dostlar qazanmaq, fərqli ölkədən olan insanlarla tanış olmaq və onlara kömək etmək bizi sevindirir”. |
|
“Artıq bir həftə əvvəl “Bakı Kristal Zalı”nda iş rejimimiz başlayıb. Komanda yoldaşlarımla bərabər tamaşaçılara kömək edir, onları tribunaya yönləndiririk. Olduqca maraqlı və əyləncəli işimiz var”. |
8 il əvvəl
Digər xəbərlər
-
Elm və Təhsil Nazirliyi “YouTube”un gümüş plaketinə layiq görülüb
16.05.2025 - 12:55 -
Vətəndaş müraciətlərinin statistikası
16.05.2025 - 12:38 -
Nazir müavini “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda keçirilmiş tədbirə qatılıb
15.05.2025 - 17:00 -
“Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib
15.05.2025 - 16:00 -
2037 nəfər III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qəbul olmaq üçün imtahan verəcək
14.05.2025 - 11:53