• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Cırtdan və dostları” adlı nağıl-tamaşa keçirilib

Aprelin 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Cırtdan və dostları” adlı nağıl-tamaşa keçirilib.

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi uşaqların ədəbiyyata, folklorumuza, xalq nağıllarımıza və mütaliəyə olan maraqlarını artırmaqdır.

“Çiçəyim” uşaq teatr studiyasının balaca aktyorlarının,  “Azəri inciləri” rəqs kollektivinin qruplarının bir-birindən maraqlı səhnəcikləri nümayiş olunub.

Tədbirdə Təhsil Nazirliyinin Uşaq və gənclərin yaradıcılıq sektorunun müdiri Ayla Həsənova, UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin, xalq rəssamı Arif Hüseynov, “Sehrli dünya” jurnalının redaktoru Gülzar İbrahimova, uşaq yazarları Sevinc Nuruqızı, Solmaz Amanova və başqaları iştirak ediblər.


6 il əvvəl