Transfer.edu.az portalı ilə köçürülən tələbələr
Ötən ildən etibarən, təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilir. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir. Bu il ümumilikdə 497 nəfər köçürülmək üçün transfer.edu.az elektron portalına müraciət edib, 233 nəfər seçdikləri Ali təhsil müəssisələrinə köçürülüb. Tələbələrin təəssüratlarını təqdim edirik:
|
Aysel Mirzəyeva – Azərbaycan Tibb Universitetinin tələbəsi Mənim üçün çox gözlənilməz oldu. Proses o qədər dəqiqlik, qanunauyğunluqla oldu ki. Mən Təhsil Nazirliyinə tələbələr üçün belə bir şərait yaratdıqları üçün təşəkkür edirəm. Köçürülmənin təsdiq olunması ilə bağlı əmri çıxdıqdan sonra qısa bir müddətdə köçürülmə işləri tamamlandı və mən bir həftədir rahatlıqla yeni qrupla dərsə gedirəm. Əvvəl Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsində təhsil alırdım, hazırda təhsilimi Müalicə işi fakültəsində davam etdirirəm. İnanıram ki, bu şansdan istifadə edib, inamları doğrulda biləcəyəm. |
|
Həsənağa Ağaquliyev – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Türkiyənin Bilkent Universitetində təhsil alırdım. Tələbələrin köçürülməsi üçün yaradılan Transfer.edu.az portalından istifadə etdim. Tələb olunan sənədləri yüklədim və nəticə müsbət oldu. Hazırda mən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kompüter elmləri üzrə təhsil alıram. Yaradılan şərait üçün çox təşəkkürümü bildirirəm.
|
|
Günay Əsgərova – Azərbaycan Dillər Universiteti Azərbaycan Dövlət Pedaqoji Universitetində xarici dillər ixtisasi üzrə təhsil alırdım. Lakin ixtisasım o qədər ürəyimcə deyildi. Transfer.edu.az protalı fəaliyyətə başladıqdan sonra mən də bu imkandan istifadə etmək qərarına gəldim, sənədlərimi yüklədim və köçürülmə ilə bağlı cavab aldım. Hazırda Azərbaycan Dillər Universitetində Regionşünaslıq( Böyük Britaniya) ixtisası üzrə təhsilimi davam etdirirəm.
|
7 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42