• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilər arasında çempionat

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Yunior liqa” Şən və Hazırcavablar Klubu (ŞHK) respublika çempionatının ikinci mövsümünə start verilib.

Azərbaycan Şən və Hazırcavablar Klubu ilə Təhsil Nazirliyinin birgə keçirdiyi çempionatın əsas məqsədi ŞHK-nın ənənələrini yaşatmaq, yetişməkdə olan gənc nəslin bu istiqamətdə yaradıcı potensialını üzə çıxarmaqdan ibarətdir.

Çempionatda Bakı şəhərinin 21 ümumtəhsil məktəbini və Dağıstan Respublikasını təmsil edən komandalar yarışıb.

Komandaların çıxışları tanınmış incəsənət xadimlərindən, Şən və Hazırcavablar Klubunun Rusiyanın Ali liqasında çıxış edən peşəkar oyunçularından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Bakı şəhərindəki 1, 7, 160, 26, 18, 189-190, 227, 16, 86, 145 nömrəli məktəb və liseylərin, həmçinin Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin, 6 nömrəli məktəb-liseyin, 23 nömrəli tam orta məktəbin, “Ankara məktəbi” məktəb-liseyin, 132-134 nömrəli təhsil kompleksinin,  Bakı Modern Məktəbin və Mahaçqala şəhərinin komandaları yarımfinal turuna vəsiqə qazanıblar.


7 il əvvəl