• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Parlaq Zəka” intellektual oyunu üzrə məktəblilərarası çempionatın qalibləri bəlli olub

“Parlaq Zəka” intellektual oyunu üzrə məktəblilərarası çempionat” layihəsinin final oyunu keçirilib. Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan” İntellektual Oyunlar Klubunun (AİOK) təşkilatçılığı ilə keçirilən layihənin seçim turlarına Bakının 4 rayonunun məktəblərindən ümumilikdə 100 iştirakçı qatılıb.

“Parlaq Zəka” intellekt şou formatında keçirilən oyunda Xəzər, Suraxanı, Sabunçu və Nizami rayonları üzrə seçim turlarında iştirak edən və 20 məktəbi təmsil edən şagirdlər tarix, coğrafiya, ümumi dünyagörüşü və məntiqi biliklərə dair sualları cavablandırıblar.

Yarışda Nizami rayonunu təmsil edən 229 nömrəli tam orta məktəbin komandası 3-cü yeri, Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin komandası 2-ci yeri, Suraxanı rayonunu təmsil edən 278 nömrəli tam orta məktəbin komandası isə birinci yeri tutub.

Qaliblər sertifikat, medal və kuboklarla təltif olunublar.

Qeyd edək ki, “Azərbaycan” İntellektual Oyunlar Klubu Azərbaycanın bölgələrində də yeniyetmə və gənclərin marağını öz üzərində cəmləşdirir. 2012-ci ilin iyul ayında Siyəzən İntellektual Oyunlar Klubunun açılışı ilə bir sıra bölgələr bu hərəkata qoşulub. Eyni zamanda hər həftə AİOK-un təşkilatçılığı ilə Azərbaycan və rus dillərində “Nə? Harada? Nə zaman?”, “Fərdi oyun” və “Breyn Rinq” formatında yarışlar keçirilir.


7 il əvvəl