• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarın 25-dən 29-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Məlumat və Resurs Mərkəzində SANAKO korporasiyasının Finlandiyalı eksperti tərəfindən “Pedaqoji praktikanın, dilin tədrisi və sinfin idarə olunmasının tətbiqi” mövzusunda xüsusi treninqlər keçirilib.

Elitar Gimnaziyanın və Avropa Liseyinin ingilis dili müəllimləri üçün keçirilən treninqlərin məqsədi “1 şagird-1 kompüter” layihəsində iştirak edən məktəblərdə quraşdırılacaq linqafon sinif otaqlarının informasiya texnologiyaları vasitəsilə idarəsi, şagirdlərin noutbuk linqafon sinif otaqlarında effektiv istifadəsi və ingilis dilinin tədrisinin keyfiyyətinin artırılmasından ibarətdir. Təlim zamanı müəllimlərə avadanlıqdan və proqramlardan istifadə üzrə nəzəri və praktiki biliklər verilib.
Onu da qeyd edək ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “1 şagird-1 kompüter” layihəsi şagirdlərin həm məktəbdə, həm də evdə informasiya texnologiyalarının effektiv istifadəsini təmin etməyə yönəlib. Odur ki, layihə çərçivəsində pilot siniflərin şagirdlərinə məktəbdə və evdə istifadə üçün noutbuklar verilir.


8 il əvvəl