• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sosial şəbəkələrdəki təhlükələrlə mübarizəyə dair seminar

Oktyabrın 3-də Təhsil Nazirliyinin təşəbbüsü ilə Community.az portalı “Məktəb icmaları” layihəsi çərçivəsində “XXI əsrdə uşaqların düzgün tərbiyə edilməsi və sosial şəbəkələrdəki təhlükələrlə mübarizənin yolları” mövzusunda seminar keçirib.

Tədbirdə valideynlər, məktəb psixoloqları və müəllimlər iştirak edib.

Seminarın təşkil edilməsində əsas məqsəd valideynlərə uşaq psixologiyası haqqında daha dolğun məlumat vermək, onların ünsiyyət qurmaq bacarığını inkişaf etdirmək, övladlarını sosial şəbəkələrdə yaranan müxtəlif təhlükələrdən qorumaqda yardımçı olmaqdır.

Çıxış edənlər uşaqların sağlam və təhlükəsiz böyüməsi üçün valideynlər tərəfindən övladlarının sosial şəbəkələrdən düzgün istifadəsinə nəzarət edilməsinin vacibliyini vurğulayıblar.

Seminarın məruzəçisi Almaniyanın Psixoloqlar Assosiasiyanın üzvü, Berlin şəhəri “Ailə və təhsil” mərkəzinin müşaviri Qalina Heinzelmann uşaqların düzgün tərbiyə edilməsi və sosial şəbəkələrdəki təhlükələrlə mübarizənin yolları” mövzusunda geniş təqdimatla çıxış edib.

Sonda mövzu ilə bağlı müzakirələr aparılıb.

Layihə “Access Bank” ASC, “Sağlam Ailə” MMC, “Baker Tilly Azərbaycan” MMC tərəfindən dəstəklənir.


7 il əvvəl