• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elektron dərslik portalına yeni dərsliklər əlavə olunub

Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az  elektron dərslik portalında yerləşdirilən elektron kitabların sayı 143-dən 156-ya çatdırılıb. Portala əlavə olunan elektron kitablar Azərbaycan və rus bölmələri üzrə 5-ci sinif “Həyat bilgisi” və 9-cu sinif “Biologiya”, “Coğrafiya”, “İnformatika”, “Təsviri incəsənət”, “Fizika”, “Ümumi tarix” dərslikləridir. Növbəti aylarda digər siniflər üzrə dərslik və müəllim üçün metodiki vəsaitlərin hazırlanıb portal yerləşdirilməsi davam etdiriləcəkdir.

Qeyd edək ki, elektron dərsliklər portalında indiyə qədər 93 342 nəfər qeydiyyatdan keçib. Bu müddət ərzində elektron dərslik və müəllim metodiki vəsaitləri 1 052 000 dəfədən çox istifadə olunub. Portala gündəlik 2500-4000 arası istifadəçi daxil olur. 2016-cı ilin ilk 9 ayında elektron dərslik portalından 285 808 nəfər faydalanıb. Bu rəqəm ötən illə müqayisədə 3 dəfə çoxdur. Belə ki, 2015-ci ilin 9 ayında portaldan cəmi 91 968 nəfər yararlanıb.

2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq və onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. İstifadəçilər portalda olan müəllim üçün metodiki vəsaitləri seçmək üçün əlavə olunmuş filtrdən istifadə edə bilərlər.


7 il əvvəl