• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanlı məktəblilər 1 bürünc, 4 həvəsləndirici sertifikata layiq görülüb

6-16 iyul tarixlərində Honq Konqda keçirilən məktəblilərin 57-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında azərbaycanlı şagirdlər 1 bürünc, 4 həvəsləndirici sertifikata layiq görülüb.

109 ölkədən 602 məktəblinin iştirak etdiyi olimpiadada şagirdlərə hər gün 3 sual olmaqla 6 sual təqdim olunub. Hər 3 sual üçün 4 saat 30 dəqiqə vaxt verilib.

Bakı şəhəri akademik Zərifə Əliyeva adına  liseyin eksperimental pilot siniflərinin 11-ci sinif şagirdi Məhəmməd Şirinov olimpiadanın bürünc medalına layiq görülüb. Həvəsləndirici sertifikat alan 4 şagirddən biri Ramil Cəbiyev həmin liseyin 8-ci sinif şagirdidir. Digər üç sertifikatın sahibləri olan Anar Hüseynov, Mirəli Əhmədli və Tahir Nadirov isə Gəncə və Quba məktəbliləridir.


7 il əvvəl