• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təsviri Sənət Qalereyasında növbəti “Açıq Qapı” günü

Martın 22-də Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında uşaq və gənclər üçün növbəti “Açıq qapı” günü keçirilib.

Burada artıq ənənəyə çevrilmiş “Açıq qapı” günlərinin keçirilməsi uşaq və gənclərin asudə vaxtının səmərəli təşkili, incəsənətə, təsviri və dekorativ yaradıcılığa marağın artırılması, mövcud olan bacarıqların inkişaf etdirilməsi, istedadlı uşaqların üzə çıxarılması və qeyri-adi texnikalardan istifadə olunan uşaq rəsmləri ilə tanışlıq məqsədi daşıyır.

Qalereyanın bayrama uyğun tərtibati, bütün sərgi zallarında nümayiş etdirilən rəsm və əl işləri, qədim İçərişəhərin "Qoşa qala" qapılarını əks etdirən panno xüsusi diqqətə səbəb olub, Novruz adət-ənənələrinin, atributlarının qalereyanın sərgi zallarında yer alması hər kəsin zövqünü oxşayıb və bayram əhvali-ruhiyyəsi bəxş edib.

Dərnək rəhbərlərinin Novruz mövzusunda ustad dərsləri də uşaq və valideynlər tərəfindən böyük maraqla qarşılanıb, ebru sənəti, kağızdan müxtəlif  aplikasiyalar,  muncuq və toxumlardan ibarət bəzəkli rəsmlər, kompüterdə qrafik təsvirlər qalereyaya gələn qonaqlarla birgə işlənilib.

Qonaqlar, həmçinin qalereyada uşaq və gənclərin “Gəl, Novruzum!” adlı müxtəlif texnika və janrlarda işləmiş 200 yaxın rəsm və əl işlərindən ibarət əsərləri ilə tanış olublar.


8 il əvvəl