• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 22-də Təhsil Nazirliyində məktəblilər arasında keçirilmiş respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi olub.

Mayın 22-də Təhsil Nazirliyində məktəblilər arasında keçirilmiş respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi olub.
Mərasimi təhsil naziri Misir Mərdanov açaraq keçirilmiş fənn olimpiadaları haqqında ətraflı məlumat verib. Nazir bildirib ki, 3 mərhələdə keçirilən bilik yarışında 399 064 IX-Xİ sinif şagirdindən 46 422 nəfəri I, 17 128 nəfəri II, 1112 nəfəri isə son mərhələdə iştirak edib, onlardan 371-i isə I-II-III və IV yerlərə layiq görülüb.
Ölkəmizdə istedadlı yeniyetmə və gənclərə xüsusi diqqət yetirildiyini qeyd edən təhsil naziri bununla bağlı dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın müstəsna əhəmiyyətindən söz açıb. Nazir eyni zamanda bu istiqamətdə görüləsi vacib işlərdən danışıb.
Tədbirdə o da məlum olub ki, olimpiadanın yekun turunda Bakı, Gəncə, Sumqayıt şəhərlərinin, Şəmkir, Tovuz, İsmayıllı, Balakən, Zaqatala, Qax, Salyan, Ucar və Füzuli rayonlarının məktəbliləri fəal iştirak ediblər.   
Təhsil naziri Misir Mərdanov çıxışının sonunda fənn olimpiadalarının keçirilməsində əməyi olanlara təşəkkür edib.
Sonda respublika fənn olimpiadası qaliblərinin adları açıqlanıb, onlara medal, diplom və hədiyyələr təqdim olunub.


8 il əvvəl