• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müsabiqənin II mərhələsinə yekun vurulub

Fevralın 16-da "Təbiət fənləri üzrə Labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi" müsabiqəsinin II mərhələsi başa çatıb.

İlk dəfə keçirilən müsabiqənin əsas məqsədi təbiət fənləri (kimya, biologiya və fizika) üzrə dərslərin qurulmasında yeni, rəqəmsal laboratoriya avadanlıqlarının və XXI əsrin innovativ texnologiyalarının tətbiqini genişləndirməkdən ibarətdir.

Təhsil Nazirliyi və “Edumedia” MMC-nin birgə keçirdiyi müsabiqəyə "Ən yaxşı müəllim işi" və "Ən yaxşı təlimçi işi" nominasiyaları üzrə 86 layihə qəbul edilib. Ekspertlərin qiymətləndirmə nəticələrinə görə, 21 nominant  seçilib və növbəti mərhələyə buraxılıb. Növbəti mərhələdə işlər münsiflər heyəti qarşısında təqdim olunacaq və qiymətləndiriləcək.

Müsabiqə qaliblərinə "iPad air", "Globimate" planşet, "Samsung Galaxy Tab-3” və digər xüsusi mükafatlar təqdim olunacaq.


8 il əvvəl