• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Mikayıl Cabbarov Macarıstanın nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov ölkəmizə səfər etmiş Macarıstan nümayəndə heyəti ilə görüş keçirib. Nümayəndə heyətinin tərkibinə Macarıstanın Azərbaycan Respublikasındakı sabiq səfiri, Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini Jolt Çutora və Macarıstanın Kapoşvar Universitetinin rektoru Ferents Savai də daxil olub.

Görüş zamanı Azərbaycanla Macarıstan arasında təhsil sahəsində əlaqələr, o cümlədən Macarıstanın Kapoşvar Universiteti ilə gələcək əməkdaşlıq  imkanları müzakirə edilib.


8 il əvvəl