“Təhsil Könüllüləri” mobil qrupu yaradılıb
Elektron dərsliklərin ictimaiyyət arasında geniş təbliği məqsədilə tələbələrdən ibarət “Təhsil Könüllüləri” mobil qrupu yaradılıb.
“Təhsil Könüllüləri” Bakı şəhərində yerləşən məktəblərə səfər edərək şagird və müəllimlərə elektron dərslik portalında qeydiyyat, kitablardan istifadə qaydalarını izah edirlər.
Ötən ilin noyabrından başlayaraq “Təhsil Könüllüləri” mobil qrupu 3 ay ərzində Bakının Səbail, Nəsimi, Nizami, Binəqədi və Nərimanov rayonlarında 104 orta məktəbdə 20 000-dən çox şagirdə və 2 000-dən çox müəllimə elektron dərsliklərin faydaları və istifadə qaydaları ilə bağlı təlim keçiblər. Təqdimatlar fevral ayından Yasamal rayonu ərazisindəki orta məktəblərdə davam etdirilir.
Qeyd edək ki, Təhsil Nazirliyi elektron dərsliklərin müasir təhsil sistemində aktuallığını nəzərə alaraq və bu istiqamətdə fəaliyyətini genişləndirərək 2014-cü ildən www.e-derslik.edu.az elektron dərslik portalını istifadəyə verib.
Portalda yerləşdirilən dərsliklərin sayı hər ay mütəmadi olaraq artırılır. 2015-ci ilin II yarımilində elektron dərslik portalına 48 ədəd elektron dərslik yerləşdirilib. Hazırda portalda I-IV və VI-VIII siniflər üçün Azərbaycan və rus bölmələri üzrə 107 ədəd elektron dərslik var. V və IX-XI sinif dərslikləri isə növbəti mərhələdə, yeni kurikuluma uyğun olaraq çapdan çıxdıqdan sonra elektron formada portala yerləşdiriləcək.
Portalın hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır.
Bu portal vasitəsilə məktəblilər istənilən vaxtda və məkanda dərsliklərə müraciət edə bilir. İstifadəçilərin onlayn formada və ya planşetlərə yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq elektron qeydlər aparmaq imkanı var.
9 il əvvəl
Digər xəbərlər
-
Prezident Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
10.05.2025 - 12:10 -
Prezident Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib
10.05.2025 - 11:40 -
Ulu öndər Heydər Əliyevin 102 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2025 - 18:00 -
Fəxri xiyaban ziyarət edilib
08.05.2025 - 14:22 -
Nazir müavini "Sən elə bir zirvəsən" adlı tədbirdə iştirak edib
08.05.2025 - 13:00