• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə Təhsili və Təlimi üzrə Təlimçi Proqramı

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) Cənubi Qafqazda Özəl Sektorun İnkişafı  Proqramının “Peşə təhsilinin və məşğulluğun təşviqi” komponenti çərçivəsində Texniki Peşə Təhsili və Təlimi üzrə Təlimçi Proqramı təklif edir.

2016-cı ilin aprelindən 2017-ci ilin martınadək davam edəcək Beynəlxalq Liderlik Təlimi yüksək ixtisaslı texniki peşə təhsili və təlimi üzrə peşəkarlara səriştə, bilik və bacarıqlarını təkmilləşdirmək imkanı verəcək.

Təlim kursunu uğurla başa vuran iştirakçılara Avropa Kredit Transferi Sisteminin (AKTS) kreditləri veriləcək. Maqdeburq Universitetində proqram başa çatdıqdan sonra AKTS kreditləri peşə təhsili ilə əlaqəsi olan akademik beynəlxalq Magistratura Tədqiqat Proqramları tərəfindən tanınanacaq. Bu da iştirakçıların universitetdə qısaldılmış təhsil müddətində magistr dərəcəsini qazanmasına imkan yaradacaq.

Təlim kursunda iştirak üçün təhsil sahəsində, məktəblərdə və ya təhsillə bağlı layihə idarəçiliyində ən azı 3 illik peşəkar təcrübəsi olan, ingilis dilini mükəmməl bilən, bakalavr dərəcəsinə malik 45 yaşa qədər şəxslər iştirak edə bilərlər.

 

ELAN


8 il əvvəl