• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Mənim rəngli dünyam” adlı fərdi rəsm sərgisi

Təhsil Nazirliyinin Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin  “Rəsm” dərnəyinin 10 yaşlı üzvü Nərgiz Səfərlinin “Mənim rəngli dünyam” adlı fərdi rəsm sərgisi keçirilib.

“Abşeron” Rəsm Qalereyasında keçirilən sərgidə Təhsil Nazirliyinin əməkdaşları, mərkəzin rəhbərliyi və dərnək üzvləri iştirak ediblər.

Sərgidə təbiətdən bəhs edən rəsmlər, milli və müasir  üslubda işlənmiş əsərlər, portretlər, dekorativ kompozisiyalardan ibarət 50 rəsm işi nümayiş olunub. Əsərlər rəngkarlıq və qrafika janrlarında işlənilib.

Tədbirdə çıxış edən qonaqlar gənc rəssamın əl işlərini yüksək qiymətləndirib, ona yaradıcılıq uğurları arzulayıblar. Ölkəmizdə yaradıcı gənclərə göstərilən dövlət qayğısından söhbət açan natiqlər belə sərgilərin uşaqların istedadının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Mərkəzin adından gənc rəssama Fəxri Fərman və hədiyyə təqdim edilib. Tədbirin bədii hissəsində mərkəzin “Çiçəyim” uşaq teatr studiyasının və “Mahnı teatrı” dərnəyinin üzvləri çıxış ediblər.

Sərgi üç gün davam edəcək.


8 il əvvəl