SABAH qruplarının müəllimləri üçün təlimlər başa çatıb
16-17 yanvar 2016-cı il tarixlərində SABAH qruplarında tədrisə yeni cəlb edilmiş müəllimlər üçün “Müasir müəllimin fərdi işçi planının (syllabus) tərtibi” mövzusunda ikigünlük nəzəri-təcrübi təlim keçirilib.
Təlim tələbəyönümlü təlim metodunun xüsusiyyətləri, tələbələrin öyrənmə xüsusiyyətləri və üsulları, müəllimin fərdi işçi planını tərtibetmə prinsipləri, qiymətləndirmə metodları və meyarları, tələbələrdə öyrənmə həvəsinin artırılması və bu kimi digər mövzuları əhatə edib.
11 ali təhsil müəssisəsindən ümumilikdə 60 müəllimin iştirak etdiyi təlim “ADA” Universitetinin Təhsilin idarəedilməsi fakültəsinin dekanı Vəfa Kazdal və dosent Anar Vəliyev tərəfindən keçirilib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
SABAH qruplarında tədrisə cəlb edilmiş müəllim-professor heyətinin yeni tədris üsulları ilə daha yaxından tanış olması və daimi inkişafının təmin edilməsi məqsədilə keçirilən təlimlər ildə 2 dəfə təşkil olunur.
Xatırladaq ki, 2014-2015-ci tədris ilindən yaradılmış, hazırda 11 ali təhsil müəssisəsini əhatə edən, tələbələrə daha üstün təhsil və inkişaf imkanları verən SABAH qrupları layihəsi ali təhsil sistemində ən uğurlu layihələrdəndir.
9 il əvvəl
Digər xəbərlər
-
“Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib
15.05.2025 - 16:00 -
2037 nəfər III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qəbul olmaq üçün imtahan verəcək
14.05.2025 - 11:53 -
1640 şagird “Məktəblilərarası Milli Hakaton”nun növbəti mərhələsində yarışacaq
14.05.2025 - 10:56 -
“Danışır təcrübə” layihəsinin qonağı Həsən Həsənov olub
13.05.2025 - 17:00 -
"Ən yaxşı təqdimat" müsabiqəsinin qalibləri mükafatlandırılıblar
13.05.2025 - 14:50