Atletika üzrə Nərimanov rayon birinciliyi keçirilib
“Olimpiya hərəkatı” proqramı çərçivəsində atletika idman növü üzrə Nərimanov rayon birinciliyi keçirilib.
“Olimpiya hərəkatı” proqramı Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən birgə həyata keçirilir. Proqramın əsas məqsədi “Bakı 2015” Birinci Avropa Oyunlarının sosial və idman irsini davam etdirməkdən ibarətdir. Layihə idmanın dörd növünü – basketbol 3x3, velosiped, atletika və badmintonu əhatə edir. “Olimpiya hərəkatı” proqramı ölkəmizdə uşaqların idmana daha geniş cəlb olunması, şagirdlərə sağlam və aktiv həyat tərzinin, olimpiya dəyərlərinin təşviqi məqsədi ilə həyata keçirilir.
Yarışlar Bakı şəhəri Nərimanov rayonunda yerləşən Respublika Olimpiya Mərkəzində baş tutub. Rayon birinciliyində 22 ümumtəhsil məktəbinin komandası iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın ümumi nəticələrinə görə I yeri "Ankara məktəbi" məktəb-liseyi, II yeri 112 saylı, III yeri isə 177 saylı ümumtəhsil məktəblərinin komandaları tutaraq final mərhələsinə vəsiqə qazanıb.
Qalib və iştirakçılar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir UNEC Zaqatala filialının tələbə evi və idman zalının açılışında iştirak edib
12.04.2025 - 19:00 -
Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə 1552 layihə təqdim edilib
11.04.2025 - 16:01 -
2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbuluna start verilir
10.04.2025 - 18:07 -
Nazir müavini İdris İsayev Kürdəmirdə olub
10.04.2025 - 15:02 -
Emin Əmrullayev Türkiyənin yeni təyin olunmuş səfiri ilə görüşüb
09.04.2025 - 18:00