Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun Moskvaya işgüzar səfəri
Səfərin ilk günü Mikayıl Cabbarov Rusiya Federasiyası təhsil və elm naziri Dmitri Livanovla görüşüb. Görüşdə Elm və Təhsil sahəsinə Nəzarət üzrə Federal Xidmətin direktor müavini Aleksandr Biserov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov da iştirak ediblər.
Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının lisenziyalaşdırılması prosesinin sürətləndirilməsi istiqamətində görülən işlər barədə müzakirələr aparılıb.
Oktyabrın 30-da təhsil naziri həmçinin, Moskva şəhərində K.Kərimov adına Azərbaycan etnomədəni komponentli 1583 saylı gimnaziyaya baş çəkib, müəllim və şagirdlərlə görüşüb, tədris prosesi ilə yaxından tanış olub. Təhsil naziri məktəbdə Azərbaycan dilində tədrisin təşkili prosesinə dəstəyin verilməsi imkanlarının araşdırılacağını bildirib.
Oktyabrın 31-də Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) “Gənclərin layiqli gələcəyi naminə” VI Forumu keçirilib. Forumun açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-in sədri Leyla Əliyeva çıxış edib.
Forum çərçivəsində çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsində əməkdaşlığın Azərbaycan-Rusiya münasibətlərində xüsusi əhəmiyyət kəsb etməsi, tələbə və qarşılıqlı təcrübə mübadiləsinin təhsil əlaqələrinin inkişafında rolu, Rusiya Federasiyasının 2 ali təhsil müəssisəsinin Azərbaycanda uğurla fəaliyyət göstərməsi, rus dilinin Azərbaycanın təhsil müəssisələrində tədrisi kimi məsələləri nəzərə çatdırıb.
Həmin gün təhsil naziri Mikayıl Cabbarov Moskva şəhərində 28 oktyabr-1 noyabr 2015-ci il tarixlərində keçirilən “Açıq İnnovasiyalar-2015” Forumunu ziyarət edərək təhsil sahəsində fəaliyyət göstərən müxtəlif müəssisələrin təmsilçiləri ilə fikir mübadiləsi aparıb.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55