Azərbaycan-Fransız Universitetinin yaradılması üzrə işçi qrupunun ilk görüşü olub
Oktyabrın 26-27-də Bakıda Azərbaycan-Fransız Universitetinin yaradılması üzrə işçi qrupunun ilk görüşü olub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan tərəfindən Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Dövlət Neft Fondunun əməkdaşları və layihə üçün tərəfdaş universitet qismində seçilmiş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rəhbərliyinin daxil olduğu nümayəndə heyəti, Fransa tərəfindən isə Strasburq Universitetinin prezidenti Alen Beretzin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.
Qonaqları salamlayan təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası və Fransa Respublikası prezidentlərinin təşəbbüsü ilə ötən ilin mayında Fransa Prezidentinin ölkəmizə səfəri zamanı Azərbaycanın Təhsil Nazirliyi və Fransanın Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyi arasında universitetlərarası əməkdaşlıq sahəsində niyyət protokolunun imzalandığını bildirib. Nazir qeyd edib ki, bu, iki ölkə arasında humanitar sahədəki əlaqələrin inkişafı baxımından yeni səhifələr açır.
Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Strasburq Universitetinin təsisçiliyi əsasında Azərbaycan-Fransız Universitetinin yaradılması, hər iki ölkənin ali məktəbləri arasında əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İşçi qrupu Azərbaycan-Fransız Universiteti layihəsinin reallaşdırılması istiqamətində növbəti mərhələdə atılacaq addımları da müzakirə edib.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55