Şahmat üzrə zona yarışları başa çatıb
Təhsil Nazirliyinin tabeliyində olan Uşaq-Gənclər Şahmat məktəblərinin və Uşaq-Gənclər İdman məktəblərinin şahmat bölmələrinin şagirdləri arasında “Təhsil” Respublika İdman Mərkəzinin Respublika çempionatının zona yarışları keçirilib.
6 yaş qrupu üzrə oğlan və qızlar arasında keçirilən yarışlara ümumilikdə 800-dək məktəbli qatılıb.
Zona üzrə hər yaş qrupundan I, II və III yerləri tutan oğlan və qızlar çempionatın final mərhələsinə vəsiqə qazanıb. Qaliblər diplom və medallarla mükafatlandırılıb.
Qeyd edək ki, çempionatın final mərhələsinin hər yaş qrupu üzrə qalibləri 2016-cı ildə keçiriləcək məktəblilərin Dünya Çempionatına, II yerin sahibləri isə Avropa çempionatına vəsiqə qazanacaqlar.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55