Cüdoçularımız yarışlarda qızıl və bürünc medallar qazanıblar
Təhsil Nazirliyinin 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yeniyetmə cüdoçuları beynəlxalq turnirlərdən uğurla qayıdıblar.
Polşanın Varşava şəhərində keçirilmiş turnirə 25 ölkədən 1200-dən çox idmançı qatılıb. Yarışda ölkəmizi 13 nömrəli İOEUGİM-nin 12 cüdoçusu təmsil edib. Turnirdə 46 kq çəkidə Çingiz Fəttahov, 55 kq çəkidə Əkbər Quliyev və İlqar Habilov 3-cü yeri tutaraq bürünc medala layiq görülüblər.
Turnir başa çatdıqdan sonra cüdoçularımız Olimpiya və Dünya çempionu Voldemar Leqiyenin rəhbərliyi altında keçirilmiş 3 günlük təlim-məşq toplanışında iştirak ediblər.
Digər bir beynəlxalq turnir Rusiya Federasiyasının İrkutsk şəhərində keçirilib. 12 ölkədən 250 idmançının qatıldığı həmin yarışda respublikamızı təmsil edən cüdoçularımızdan Tofiq Məmmədov 60 kq çəkidə, Paşa Əliyev isə 73 kq çəkidə 1-ci yeri tutaraq qızıl medal qazanıblar.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55