Təhsil Nazirliyi ilə “British Council” arasında memorandum imzalanıb
Oktyabrın 8-də Təhsil Nazirliyi ilə “British Council” arasında “İş dünyası üçün bacarıqlar” və “Mehmanxana inzibatçısı” layihələrinin dəstəklənməsi barədə Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib.
Sənədi təhsil nazirinin müavini Firudin Qurbanov və “British Council”un Azərbaycan nümayəndəliyinin rəhbəri Elizabet Uayt imzalayıb.
Mərasimdə bildirilib ki, “İş dünyası üçün bacarıqlar” layihəsində ilk peşə-ixtisas təhsili müəssisələrində IKT və telekommunikasiya üzrə təhsil alan şagirdlərin bilik və bacarıqlarının artırılması, eyni zamanda həmin təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə fəaliyyət göstərən müəllimlər üçün təlimlərin keçirilməsi nəzərdə tutulub. Layihənin reallaşdırılmasında məqsəd şagirdlərə iqtisadiyyat və biznes üzrə baza biliklərinin verilməsidir. Bununla yanaşı, layihə şagirdlərə telekommunikasiya və İKT sahəsində təcrübə proqramı vasitəsilə praktiki biliklər qazanmaq imkanı yaradacaq.
“Mehmanxana inzibatçısı” layihəsinin məqsədi isə 5 nömrəli Bakı Peşə Liseyində mehmanxana inzibatçılığı üzrə ixtisas fənn müəllimlərinin potensialının artırılmasıdır. Bu layihə çərçivəsində milli standartlara uyğun müvafiq kurikulumun hazırlanması, şagird və mühəndis-pedaqoji heyət üçün iş üzrə təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55