• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sentyabrın 17-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Bülbül adına orta ixtisas musiqi məktəbi şagirdlərinin və Q.Qarayev adına Azərbycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş drijor xalq artisti Teymur Göyçayev) iştirakı ilə təşkil edilmiş “Üzeyir Hacıbəyli və Azərbaycan bəstəkarlıq məktəbi” adlı konsertdə məktəbin şagirdləri Ü.Hacıbəyli və digər bəstəkarların, eləcə də tədris ocağının Bəstəkarlıq şöbəsinin şagirdi E.Əliyevanın əsərləri səsləndirilib.
Konsertdə, həmçinin Y.Kuxmazovanın bədii rəhbərliyi ilə məktəbin xoru da çıxış edib.


8 il əvvəl