“Ən yaxşı təqdimat” müsabiqəsi
“Ən yaxşı təqdimat” müsabiqəsi müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da genişləndirilməsi məqsədilə həyata keçirilir. Müsabiqədə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak edirlər.
Elm və təhsil nazirinin müvafiq əmri ilə rəsmiləşdirilən müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunur. İştirak etmək istəyənlər portal.edu.az platformasında bu məqsədlə yaradılmış “Müsabiqələr və olimpiadalar” xidməti vasitəsilə qeydiyyatdan keçdikdən sonra yerli təhsili idarəetmə orqanları tərəfindən dəvət olunurlar.
Müsabiqənin final mərhələsinə vəsiqə qazanmış təhsilalanlar nəticə ilə bağlı portal.edu.az platforması və əlaqə nömrəsinə bildiriş göndərilməsi vasitəsilə məlumatlandırılırlar.
Final mərhələsində iştirakçılar müəyyənləşdirilmiş meyarlar əsasında müsabiqə komissiyası tərəfindən qiymətləndirilirlər və qaliblər seçilir.
“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunurlar.