• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Beynəlxalq fənn olimpiadaları

Riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilən beynəlxalq fənn olimpiadaları hər il dünyanın müxtəlif ölkələrinin evsahibliyi ilə həyata keçirilir. Azərbaycan məktəbliləri 1992-ci ildən günümüzədək hər il bu mötəbər elm yarışlarında iştirak edirlər.

 

Beynəlxalq fənn olimpiadalarını formatına görə bir neçə qrupa bölmək olar: əsasən iştirakçıların yaş məhdudiyyətinə, eləcə də formatına görə fərqlənən olimpiadalar mövcuddur. 

 

Azərbaycan məktəbliləri aşağıdakı olimpiadalarda iştirak edirlər: 

 

Riyaziyyat fənni üzrə: Beynəlxalq Riyaziyyat Olimpiadası (İMO), Balkan Riyaziyyat Olimpiadası (BMO), Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası (JBMO), Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO), Qafqaz Riyaziyyat Olimpiadası, Beynəlxalq Meqapolislər Olimpiadası, Beynəlxalq Jautıkov Olimpiadası (İZHO).

 

Fizika fənni üzrə: Beynəlxalq Fizika Olimpiadası (İPHO), Avropa Fizika Olimpiadası (EuPHO), Beynəlxalq Jautıkov Olimpiadası (İZHO), Yeniyetmələrin Elm Olimpiadası (İJSO). 

 

Kimya fənni üzrə: Beynəlxalq Kimya Olimpiadası (İCHO), Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (İMCHO),  Yeniyetmələrin Elm Olimpiadası (İJSO). 

 

Biologiya fənni üzrə: Beynəlxalq Biologiya Olimpiadası (İBO), Yeniyetmələrin Elm Olimpiadası (İJSO).

 

İnformatika fənni üzrə: Beynəlxalq İnformatika Olimpiadası (İOİ), Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ), Beynəlxalq Jautıkov Olimpiadası (İZHO). 

 

Yuxarıda adları çəkilən beynəlxalq fənn olimpiadalarında iştirak edəcək Azərbaycan milli komandasının seçim imtahanlarının Təhsil İnstitutunun müvafiq şöbəsi tərəfindən keçirilməsi təmin edilir. Seçim imtahanlarına əsasən respublika fənn olimpiadalarının qalibləri və ya final mərhələdə iştirak etmiş şagirdlər dəvət olunurlar.

 

Məktəblilərin beynəlxalq fənn olimpiadalarında daha uğurlu çıxışının təmin edilməsi məqsədilə Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb və fəaliyyətə başlayıb. Belə ki, 5 müxtəlif fənn və yaş qrupları üzrə 300-dən çox şagird həmin mərkəzlərdə olimpiadalara hazırlıq prosesinə qoşulur. Bu mərkəzlərdə şagirdlərin nəzəri və praktiki hazırlıqlarının təmin edilməsi üçün orta və ali məktəblərdən mütəxəssislər dəvət olunur, eyni zamanda əcnəbi mütəxəssislərin dəstəyi ilə hazırlıqlar aparılır.

 

Hazırlıq mərkəzlərinə istedadlı şagirdlərin cəlb edilməsi və onlarla uzunmüddətli çalışma imkanının olması məqsədilə aşağı sinif şagirdləri (VI-VII sinif) arasında fənn müsabiqələri keçirilir. Həmin fənn müsabiqələrinin nəticələrinə əsasən, hər fənn üzrə qalib olan 30-a yaxın şagird mərkəzlərə dəvət edilir.

 

1992-ci ildən günümüzədək Azərbaycan məktəbliləri iştirak etdikləri müxtəlif beynəlxalq fənn olimpiadalarında 50 qızıl, 179 gümüş və 427 bürünc medal olmaqla ümumilikdə 656 medal qazanıblar. Son 5 ildə isə məktəblilərimiz 21 qızıl, 82 gümüş və 183 bürünc medal olmaqla ümumilikdə 286 medal qazanıblar.