• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Media nümayəndələri üçün onlayn təlim keçirilib

Fevralın 24-də Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə təhsildən yazan media nümayəndələri üçün maarifləndirici onlayn təlim keçirilib.

 

Təlimdə açılış nitqi ilə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılması daim diqqət mərkəzindədir. Nazir müavini informasiyanın vaxtında və düzgün şəkildə ictimaiyyətə çatdırılmasında medianın rolunun əvəzsiz olduğunu və təhsildə aparılan islahatlar barədə maarifləndirmə işində kütləvi informasiya vasitələrinin üzərinə olduqca mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb. Təhsil Nazirliyinin media ilə sıx əməkdaşlıq şəraitində iş aparan dövlət qurumu olduğuna toxunan Firudin Qurbanov təşkil edilən təlimin əhəmiyyətindən danışıb. Nazir müavini əlavə edib ki, təlim təhsildən yazan jurnalistlərin sosial media marketinqi və onun xüsusiyyətləri ilə bağlı daha dolğun məlumatlandırılması və media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi, eləcə də görülən işlərin kütləvi informasiya vasitələri ilə yanaşı, Sosial Media Marketinq kanallarında daha sürətlə ictimaiyyətə çatdırılması məqsədilə təşkil olunub.

 

Nazir müavini deyib ki, media ilə işin qurulmasında mövcud çağırışlara uyğunlaşmaq və həll yollarını müəyyənləşdirmək vacibdir. Gələcək hədəflərə doğru yol xəritəsini müəyyənləşdirmək üçün belə təlimlərdə iştirak etmək, ekspert mühazirələri ilə tanış olmaq hər zaman önəmli və aktualdır.

 

Firudin Qurbanov çıxışının sonunda kommunikasiya yollarının səmərəli şəkildə işlənilməsi, sosial medianın imkanlarından effektiv şəkildə yararlanması, dezinformasiyaların qarşısını alınması, operativliyin artırılması baxımından bugünkü təlimin faydalı olduğunu qeyd edib. 

 

Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov öz çıxışında Təhsil Nazirliyinə media nümayəndələri üçün təşkil etdiyi maraqlı və faydalı təlimə görə təşəkkürünü bildirib, sosial medianın imkanlarının əhatəliliyinə diqqət edilməsini nəzərə çatdırıb.

 

Təlim “Sosial Media Marketinqi nədir?”,”Sosial Media Marketinqi kanalları və onların özəllikləri” və “PR və təhsil sahəsində Sosial Media Marketinqinin rolu” mövzularını əhatə edib. Təlimdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunları Səyyarə Hüseynova, Səkinə Vəliyeva və Zəhra Məmmədli qeyd edilən mövzulara uyğun təqdimatlarla çıxış edərək sosial media barədə ətraflı məlumatı diqqətə çatdırıblar.

 

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin və digər iştirakçıların sosial media marketinqi, sosial media kanalları və özəllikləri barədə daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV-lə yanaşı, SMM vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.


3 il əvvəl