• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Monitorinqin təşkili barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin IV və VI siniflərində təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq əmr edirəm:
 

1. 2025-ci ilin may-iyun ayları ərzində bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində tədris dili və riyaziyyat fənləri üzrə, VI siniflərində tədris dili, təbiət və riyaziyyat fənləri üzrə monitorinq təşkil olunsun. 
 

2. Azərbaycan Respublikasının Təhsil İnstitutu (Elnur Əliyev):
 

2.1. monitorinqdə istifadə ediləcək qiymətləndirmə vasitələrinin hazırlanmasını;
 

2.2. qiymətləndirmə vasitələrinin aprobasiyasının aparılmasını;
 

2.3. monitorinqin nəticələrinin təhlil edilməsini təmin etsin.
 

3. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov) yerli bölmələri tərəfindən monitorinqin təşkil olunmasının koordinasiyasını təmin etsin. 


4. Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsi (Rauf Orucov) Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təklifləri əsasında monitorinqin təşkilinə cəlb olunmuş  heyətin əməyinin qiymətləndirilməsi ilə bağlı müvafiq tədbirləri həyata keçirsin.  
 

5. Elm və Təhsil Nazirliyinin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) bu əmrin Nazirliyin aidiyyəti struktur qurum və bölmələrinə çatdırılmasını təmin etsin.
 

6. Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin. 
 

7. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə edilsin.
 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
2 aprel  2025-ci il
3-29/3-2-150F/2025