Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada qəbul barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmriLisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada qəbul barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

Xüsusi istedadlı uşaqlarla işin təşkili istiqamətində səmərəliliyin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq əmr edirəm:
 

1. Azərbaycan Respublikasının Təhsil İnstitutu (Elnur Əliyev) 2025/2026-cı tədris ili üzrə lisey və gimnaziyaların V-VIII siniflərinə şagird qəbulunu mərkəzləşdirilmiş qaydada təşkil edilən imtahan əsasında həyata keçirsin (siyahı əlavə olunur).

2. 2026/2027-ci tədris ilindən etibarən lisey və gimnaziyaların yalnız VII siniflərinə şagird qəbulunun aparılacağı nəzərə alınsın.

3. Azərbaycan Respublikasının Təhsil İnstitutu (Elnur Əliyev), Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov) 1-ci və 2-ci bəndin tələblərindən irəli gələn vəzifələrin icrasını təmin etsinlər.

4. İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini və Elm və Təhsil Nazirliyinin internet səhifəsində paylaşılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə edilsin.
 

Əsas: Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 04.03.2025-ci il tarixli 329/3-2-107F/2025 qeydiyyat nömrəli əmri.

 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
21 iyun 2025-ci il
3-29/3-2-366F/2025