• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri

Menyu

SUALIM VAR Elektron sənəd yoxlanışı

“Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

Xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilmiş Şuşa qalibiyyətinin əhəmiyyətinin ölkənin ümumi təhsil müəssisələrində təbliğini gücləndirmək və 2022-ci ilin “Şuşa İli” elan edilməsinə dair dövlət başçısının 5 yanvar 2022-ci il tarixli 3096 nömrəli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:  

 

1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə ölkənin ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsi keçirilsin.


2. Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunsun.


3. Müsabiqənin hər iki mərhələsi kompüter əsaslı olmaqla rayon (şəhər) mərhələsi 27 sentyabr-15 oktyabr 2022-ci il tarixlərdə yerlərdə, ölkə mərhələsi isə 21 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində keçirilsin.


4. Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsi (Elnur Əliyev), De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi (Məlahət Hacıyeva), yerli təhsili idarəetmə orqanları aidiyyəti ümumi təhsil müəssisələri üzrə müsabiqənin rayon (şəhər) mərhələsinin təşkilini və iştirakçılar barədə məlumatların (şagirdin soyadı, adı, atasının adı, oxuduğu ümumi təhsil müəssisəsi, sinfi, şəxsiyyət vəsiqəsinin FİN kodu, UTİS kodu) portal.edu.az saytına yerləşdirilməsini təmin etsinlər.


5. Müsabiqənin ölkə mərhələsində iştirak üçün aşağıdakı qaydada limit müəyyənləşdirilsin:


5.1. Bakı şəhərindən – 12 nəfər;


5.2. Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri və Abşeron rayonunda hər birindən – 2 nəfər;


5.3. digər şəhər və rayonların hər birindən – 1 (bir) nəfər;


5.4. Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki, digər qurumlara tabe və özəl ümumi təhsil müəssisələrindən ümumilikdə – 10 (on) nəfər.


6. Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsi (Elnur Əliyev) və De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi (Məlahət Hacıyeva) Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki, digər qurumlara tabe və özəl ümumi təhsil müəssisələrindən müsabiqənin ölkə mərhələsində iştirak edəcək şagirdlərin seçilməsini təmin etsin.


7. Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsi (Vəfa Yaqublu) ölkə mərhələsində inşaların müvafiq meyarlar əsasında qiymətləndirilməsi və qaliblərin seçilməsi məqsədilə mütəxəssislərdən ibarət müsabiqə komissiyasının tərkibini müəyyən etsin. 


8. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (Vüsal Xanlarov) müsabiqənin ölkə mərhələsinin portal.edu.az platforması vasitəsilə təşkilini və müvafiq ümumi təhsil müəssisələrində kompüter mərkəzlərinin fəaliyyətinin əlaqələndirilməsini təmin etsin.


9. Müsabiqə qalibləri tutduqları yerlərə görə müvafiq dərəcəli diplom və hədiyyələrlə təltif edilsinlər.


10. Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsi (Vəfa Yaqublu):


10.1. müsabiqənin ölkə mərhələsinin nəticələri barədə əmr layihəsini müsabiqə başa çatdıqdan sonra 3 gün müddətinə hazırlayıb rəhbərliyə təqdim etsin;


10.2. müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Nazirliyin Əsaslı Tikinti və Təchizat İdarəsinə (Valeh Mirzalıyev) təqdim etsin.


11. Maliyyə şöbəsi (Rauf Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin (Valeh Mirzalıyev) sifarişi əsasında lazım olan vəsaitin ayrılmasını təmin etsin.


12. Əsaslı Tikinti və Təchizat İdarəsi ( Valeh Mirzalıyev) müsabiqənin yekun tədbirinin təşkili, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.


13. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin yerlərə və müvafiq struktur bölmələrə çatdırılmasını təmin etsin.


14. İctimaiyyətlə əlaqələr sektoru (Cəsarət Valehov) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.


15. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.

 

Əsas: Azərbaycan Respublikası elm və təhsil nazirinin ““Şuşa ili” ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi barədə” 14 mart 2022-ci il tarixli F-103 nömrəli əmri.

 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
26 sentyabr 2022-ci il
F-562