Azərbaycan dili, ədəbiyyat, coğrafiya, fizika və informatika fənləri üzrə təhsil proqramlarının (kurikulumların) təsdiqi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümu¬mi təhsilin dövlət standart¬ları”na əsasən, ümumi təhsil müəssisələri üçün Azərbaycan dili (I-XI), ədəbiyyat (V-XI), coğrafiya (VI-XI), fizika (VII-XI) və informatika (I-XI) fənləri üzrə təhsil proqramları (kurikulumlar) təkmilləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 3.1.8-ci və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq əmr edirəm:
1. Ümumi təhsil müəssisələri üçün təkmilləşdirilmiş Azərbaycan dili (I-XI), ədəbiyyat (V-XI), coğrafiya (VI-XI), fizika (VII-XI) və informatika (I-XI) fənləri üzrə təhsil proqramları (kurikulumlar) təsdiq edilsin (1-5 nömrəli əlavələr).
2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fənn kurrikulumlarının təsdiqi haqqında” 2007-ci il 23 iyul tarixli 923 nömrəli və “Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün fənn proqramlarının (kurikulumların) təsdiqi haqqında” 2011-ci il 02 iyun tarixli 963 nömrəli əmrləri ilə təsdiq edilmiş Azərbaycan dili (I-XI), ədəbiyyat (V-XI), coğrafiya (VI-XI), fizika (VII-XI) və informatika (I-XI) fənləri üzrə təhsil proqramları (kurikulumlar) qüvvədən düşmüş hesab edilsin.
3. Elm və Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumi təhsil şöbəsi (Çapay Məmmədov) və Azərbaycan Respublikasının Təhsil İnstitutu (Elnur Əliyev) təsdiq edilən təhsil proqramları (kurikulumlar) əsasında dərslik komplektlərinin hazırlanması və müntəzəm istifadəsini təmin etmək məqsədilə həmin təhsil proqramlarının (kurikulumların) Azərbaycan Respublikası Təhsil İnstitutunun internet səhifəsində yerləşdirilməsi ilə bağlı lazımi tədbirlər görsünlər.
4. Elm və Təhsil Nazirliyi Aparatının İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
5. Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına çatdırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.
Əsas: müvafiq dərkənarla elm və təhsil nazirinin müavini Firudin Qurbanovun 18.03.2025-ci il tarixli 3-29-00-1049 nömrəli təqdimatı.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
11 aprel 2025-ci il
3-29/3-2-186F/2025