Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

2026-2027-ci tədris ilində ümumi təhsil pilləsi üzrə inklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın 24-cü, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddələrinə əsasən və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq əmr edirəm:

 

1. 2026-2027-ci tədris ilində inklüziv təhsil təşkil ediləcək yeni ümumi təhsil müəssisələrinin (bundan sonra – təhsil müəssisələri) siyahısı təsdiq edilsin (əlavə olunur). 

 

2. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov):

 

2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 11 fevral tarixli 43 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnklüziv təhsilin təşkili Qaydası”na uyğun olaraq, bu əmrin 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıdakı təhsil müəssisələrində inklüziv təhsilin həyata keçirilməsini;

 

2.2. təhsil müəssisələrinə xüsusi təhsil üzrə ixtisaslı kadrların cəlb olunmasını və loqopedik xidmətin təşkil edilməsini;

 

2.3. təhsil müəssisələrində monitorinqlərin keçirilməsini, nəticələrinin təhlil edilərək müvafiq hesabatın hazırlanmasını və Elm və Təhsil Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

3. Azərbaycan Respublikasının Təhsil İnstitutu (Elnur Əliyev) inklüziv siniflərdə şagirdlərin təlim-tərbiyəsinə cəlb olunmuş təhsilverənlərin xüsusi təhsil sahəsində kompetensiyalarının artırılması məqsədilə müvafiq fəaliyyətlərin (təlimlər, mentorluq və s.) həyata keçirilməsini təmin etsin. 

 

4.Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (Valeh Mirzalıyev) təhsil müəssisələrinin infrastrukturunun sağlamlıq imkanları məhdud uşaqlar üçün müyəssərliyinin təmin edilməsi məqsədilə təqdim olunan bölgü əsasında təchizatı ilə bağlı zəruri tədbirlər görsün.

 

5. Elm və Təhsil Nazirliyi Aparatının İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin. 

 

6. Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Qorxmaz Əliyev) bu əmrin surətinin aidiyyəti üzrə çatdırılmasını təmin etsin:

 

6.1. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov);  

 

6.2. Azərbaycan Respublikasının Təhsil İnstitutu (Elnur Əliyev); 

 

6.3. Maliyyə şöbəsi (Rauf Orucov); 

 

6.4. İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev); 

 

6.5. Hüquq şöbəsi (Səbuhi Mahmudov);

 

6.6. Təhsilin iqtisadiyyatı şöbəsi (Leyla Abbaslı);

 

6.7. Məktəbəqədər və ümumi təhsil şöbəsi (Nəriman Qəhrəmanlı);

 

6.8. Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (Valeh Mirzalıyev).

 

7. Əmrin icrasına nəzarət nazir müavininə (Həsən Həsənli) həvalə olunur.

 

Əsas: Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 18.03.2026-cı il tarixli 3-29-00-890 nömrəli təqdimatı.


Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
15 aprel 2026-cı il
3-29/3-2-154F/2026


2026-2027-ci tədris ili üzrə  inklüziv təhsil təşkil ediləcək ümumi təhsil müəssisələri