• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

2020-2021 tədris ilində ümumi təhsil müəssisələrində “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin tətbiqi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Pilot layihənin həyata keçirilməsi barədə” 14 may 2014-cü il tarixli 591 nömrəli və 17 iyun 2014-cü il tarixli 723 nömrəli əmrlərinə əsasən 2014-2015-ci ilin tədris ilindən etibarən Bakı və Sumqayıt şəhərlərinin 6 tam orta məktəbinin 15 birinci sinfində təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədi ilə “Sağlam Təhsil–Sağlam Millət” layihəsinin tətbiqinə başlanılmışdır. Hazırda 39 məktəbin 183 ibtidai sinfi “Sağlam Təhsil” texnologiyaları əsasında təmir və təchiz edilmişdir. Layihənin tətbiq olunduğu  məktəblərdə aparılan tibbi, psixoloji, sosioloji, pedaqoji monitorinqlərin nəticələri göstərmişdir ki, sağlam təhsil texnologiyaları təhsil alanların fiziki-psixi inkişafına, təlim nailiyyətlərinin yüksəldilməsinə, emosional-psixoloji vəziyyətinin yaxşılaşmasına səmərəli şərait yaradır.

2020-2021-ci tədris ilində layihənin davamlılığını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq

 

əmr edİrəm:

 

1. 2020-2021-ci tədris ilində siyahı üzrə 34 ümumtəhsil müəssisəsinin 49 birinci sinfinə (Əlavə 1) layihə çərçivəsində qəbul həyata keçirilsin.

2. Sağlam təhsil texnologiyaları tətbiq edilən bütün ümumi təhsil müəssisələrində (Əlavə 2) məktəbə hazırlıq qrupları təşkil edilsin.

3. Sağlam təhsil texnologiyalarının tətbiq olunduğu məktəblərin siyahısına uyğun olaraq (Əlavə 3) növbəti illərdə sağlam təhsil siniflərində birinci siniflərə və məktəbə hazırlıq qruplarına qəbul həyata keçirilsin.

4. Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində inşa olunan 1600 yerlik ümumtəhsil məktəbinin ibtidai siniflərinin yalnız fiziki indikatorlara təsir edən amilləri nəzərə alaraq “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin texnologiyaları əsasında təmir və təchizatını təmin etsin.

5. Təhsilin inkişafı proqramları şöbəsinə (N.Hüseynova), Ümumi və məktəbəqədər təhsil şöbəsinə (V.Yaqublu), De-institutlaşma və uşaqların müdafiəsi idarəsinə (N.Bağırlı, M.Hacıyeva), Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (R.Tağıyev), Sumqayıt Şəhəri üzrə Təhsil İdarəsinə (A.Alızadə) tapşırılsın ki:

5.1. bu əmrin əlavəsində adları qeyd edilən təhsil müəssisələrində birinci siniflər komplektləşdirilərkən sinif otaqlarında hər bir şagirdin normativlərdə nəzərdə tutulan ölçüdə sahə ilə təmin olunması gözlənilsin;

5.2. sağlam təhsil texnologiyalarının tətbiq olunduğu birinci siniflərin müəllimlərinin təlim məşğələlərinə və digər maarifləndirmə tədbirlərinə cəlbi üçün ümumi təşkilatı işlər həyata keçirilsin;

5.3. sağlam təhsil texnologiyaları tətbiq edilən bütün ümumi təhsil müəssisələrində sağlamlığın mühafizəsinə yönəlmiş təlim texnologiyalarının davamlı inkişafına köməklik məqsədi ilə ümumtəhsil məktəblərində layihənin pedaqoji, tibbi-gigiyenik və psixoloji bloklarının əməkdaşlarının səmərəli fəaliyyətinə lazımi şərait yaradılsın;

5.4. sağlam təhsil texnologiyalarının mahiyyəti, məqsəd və vəzifələri ilə bağlı valideynlərlə davamlı maarifləndirmə işlərinin aparılmasını təmin etsin.

6. Təhsil İnstitutu (E.Əmrullayev) müvafiq qurumları cəlb etməklə layihənin tədris ili ərzində mütəmadi monitorinqini keçirsin.

7. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini və müvafiq struktur bölmələrə çatdırılmasını təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini M.Vəliyevaya həvalə edilsin.

Əsas: nazirin müşaviri H.Həsənlinin 04.03.2020-ci il tarixli təqdimatı.

 

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının Təhsil naziri

31 may 2020-ci il

F-269