• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Xarici dillər təmayüllü lisey və gimnaziyaların 2018-2019-cu dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının xarici dillər təmayüllü lisey və gimnaziyalarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

        

1. Azərbaycan Respublikasının tədris Azərbaycan və rus dillərində aparılan xarici dillər təmayüllü lisey və gimnaziyalarının  2018-2019-cu dərs ilinə aid nümunəvi tədris planları və tədris planlarına dair “Qeydlər”  təsdiq edilsin.

2. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

3. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

14 sentyabr 2018-ci il

F-644


Ətraflı:

 

Xarici dillər təmayüllü lisey və gimnaziyaların 2018-2019-cu dərs ilində I-XI sinifləri üçün tədris planı (tədris Azərbaycan dilində)

Xarici dillər təmayüllü lisey və gimnaziyaların 2018-2019-cu dərs ilində I-XI sinifləri üçün tədris planı  (tədris rus dilində)

Qeydlər