Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
"Ali təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"nin və "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi" nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
Azərbaycan Respublikası Kostitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. "Ali təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi" təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi" təsdiq edilsin (2 nömrəli əlavə).
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 5 iyul 2016-cı il
№ 266
Əlavə:
1. Ali təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi
2. Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi
