Təhsil millətin gələcəyidir!HEYDƏR ƏLİYEV
Diplomların tanınması
Diplomların tanınması - xarici dövlətdə əldə edilmiş kvalifikasiyanın tanınması dedikdə şəxsin həmin kvalifikasiyaya Azərbaycan Respublikası ərazisində ekvivalent (bərabərhüquqlu) hesab edilən kvalifikasiya üzrə təhsilini yerli ali təhsil müəssisələrindən birində davam etmək və (ya) həmin kvalifikasiya üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün hüquq əldə etməsi başa düşülür.
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının ölkə ərazisində tanınması prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli, 34 saylı Qərarı əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması məqsədilə ərizələrin qəbulu yalnız elektron qaydada həyata keçirilir. Vətəndaşlar əlavə suallar yarandığı təqdirdə info@tkta.edu.az elektron poçt ünvanına və 146-8 çağrı mərkəzinə müraciət edə bilərlər.